Qafqazşünaslıq İnstitutunun şöbə müdiri AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən keçirilən konfransda məruzə edib

Dekabrın 11-də AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən "Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda konfrans   keçirilib. Şuranın sədri, f.ü.f.d., dosent Famin Salmanov Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətindən danışıb.  Bildirib ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır.
AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Elnur Kəlbizadə konfransda “Azərbaycan - Qafqazın lider dövləti” mövzusunda məruzə edib. Məruzədə Ümummilli lider Heydər Əliyevin Azərbaycanı Qafqazın lider dövlətinə çevirməsi istiqamətində fəaliyyətindən və müasir dünya geosiyasətində Azərbaycan Respublikasının yeri və rolundan bəhs edilib. 
Qeyd edək ki, konfransda AMEA-nın ayrı-ayrı elmi institutlarının gənc alim və mütəxəssisləri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının Yasamal və Abşeron rayon təşkilatlarından olan nümayəndələr də iştirak edib.  

Bölmələr: Xəbərlər / Konfranslar

Rəy bildir