Elmi Şuranın növbəti iclası keçirilmişdir

Elmi Şuranın növbəti iclası keçirilmişdir

Noyabrın 29-da Qafqazşünaslıq İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı iclasın gündəliyi barədə şura üzvlərinə məlumat vermişdir. İlk olaraq, İnstitutun 2019-cu il üçün elmi-tədqiqat işlərinin müzakirəsi edilmişdir, qeydlər aparılmışdır. Gürcüstanşünaslıq şöbəsinin  müdiri, f.ü.f.d., dosent V.Ömərovun, şöbənin elmi işçisi N.Məmmədovanın 4-7 noyabr 2019-cu ildə Gürcüstanda (Tbilisi) - Gürcüstan Qafqazın mədəni-sivilizasiya kontekstində (tarix, müasirlik və perspektivlər) mövzusunda qafqazşünasların V beynəlxalq konqre-sində iştirakına dair hesabatları dinlənilmişdir. Sonra İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor M.Qasımlının 20 noyabr 2019-cu ildə Qazaxıstanda (Nur-Sultan) – Qazaxıstan Respublikası Birinci Prezidentinın Fondu və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix İnstitutunun təşkil etdiyi “Avrasiya tarixi irsi: tarixi hüdudları – köklərdən müasirliyə” mövzusunda beynəlxalq konfransda iştirakına dair hesabat vermişdir. Qafqaz siyasəti şöbəsinin elmi işçisi Y.Baxşıyevanın Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirakına dair şura üzvlərinə məlumat vermişdir. Sonda noyabrın 28-də Qafqazşünaslıq İnstitutunun keçirdiyi “Qafqazda terror” mövzusunda respublika elmi konfransının yekunları müzakirə olunmuşdur.



Bölmələr: Xəbərlər / Elmi şura

Rəy bildir