Noyabrın 29-da Elmi Şuranın növbəti iclası keçirilicəkdir

29 noyabr 2019-cu il tarixində saat 09.30-da AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçiriləcəkdir.


İclasın gündəliyi:


  1. İnstitutun 2019-cu il üçün elmi-tədqiqat işlərinin müzakirəsi.
  2. Gürcüstanşünaslıq şöbəsinin  müdiri, f.ü.f.d., dosent V.Ömərovun 4-7 noyabr 2019-cu ildə Gürcüstanda (Tbilisi) - Gürcüstan Qafqazın mədəni-sivilizasiya kontekstində (tarix, müasirlik və perspektivlər) mövzusunda qafqazşünasların V beynəlxalq konqresində iştirakına dair hesabatı.
  3. Gürcüstanşünaslıq şöbəsinin elmi işçisi N.Məmmədovanın 4-7 noyabr 2019-cu ildə Gürcüstanda (Tbilisi) - Gürcüstan Qafqazın mədəni-sivilizasiya kontekstində (tarix, müasirlik və perspektivlər) mövzusunda qafqazşünasların V beynəlxalq konqresində iştirakına dair hesabatı.
  4. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor M.Qasımlının 20 noyabr 2019-cu ildə Qazaxıstanda (Nur-Sultan) – Qazaxıstan Respublikası Birinci Prezidentinın Fondu və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix İnstitutunun təşkil etdiyi “Avrasiya tarixi irsi: tarixi hüdudları – köklərdən müasirliyə” mövzusunda beynəlxalq konfransda iştirakına dair hesabatı.
  5. Qafqaz siyasəti şöbəsinin elmi işçisi Y.Baxşıyevanın Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üçün “Horizon 2020” proqramına layihə hazırlanması üzrə “Bridge2ERAEAP” adlı təlim proqramında iştirakına dair hesabatı.
  6. “Qafqazda terror” mövzusunda keçirilən respublika elmi konfransının yekunları haqqında.
  7. Cari məsələlər.
Bölmələr: Xəbərlər / Elanlar

Rəy bildir