“Elm” qəzetinin növbəti nömrəsində Qafqazşünasların II Beynəlxalq Forumu barədə məqalə dərc edilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbuat orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi (14.06.2019) çapdan çıxıb. Qəzetin bu dəfəki nömrəsində Qafqazşünasların II Beynəlxalq Forumu barədə rus dilində geniş məqalə (rus dilində olan bölmə: səh. 5, 7) dərc edilib. 
Qaliya Əliyevanın müəllifi olduğu məqalə “Sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlanır. Yazıda AMEA-nın prezidenti akademik Akif Əlizadənin Qafqazşünasların beynəlxalq forumlarının Qafqazşünaslıq İnstitutunun ən çox əks-səda doğuran layihəsi olması ilə bağlı fikirləri xüsusi qeyd edilib. Həmçinin, ABŞ, Rusiya, Türkiyə, Şimali Makedoniya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, İran və digər ölkələrdən olan 200-dən artıq alim və tədqiqatçının Forumda Qafqazla bağlı mühüm elmi problemləri müzakirə etdikləri vurğulanıb. Məqalədə qeyd olunub ki, 24 bölmə iclasında müzakirə olunan mövzular regionun həyatı ilə bağlı müxtəlif məsələlərə həsr olunub. Yazıda plenar və bölmə iclaslarında xarici ölkə alimlərinin mühüm mövzulara həsr olunmuş məruzələri barədə də geniş məlumat verilib. 
“Elm” qəzetinin 14.06.2019-cu il tarixli nömrəsini 
bu linkdən və ya aşağıda göstərilmiş ünvandan yükləməklə yazını oxuya bilərsiniz. 

Скачать файл: elm-qezeti-14_06_2019.pdf [7,74 Mb] (cкачиваний: 12)
Посмотреть онлайн файл: elm-qezeti-14_06_2019.pdf


Bölmələr: Xəbərlər

Rəy bildir