AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı beynəlxalq simpoziumda məruzə edib

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumu, Türkiyə Cümhuriyyətinin Samsun valiliyi və Samsun 19 May Universitetinin birlikdə təşkil etdiyi “100-cü ilində 19 may və milli mücadilə” adlı beynəlxalq elmi simpoziumda iştirak edib. Azərbaycanlı alim “Birinci dünya müharibəsindən sonra bolşevik Rusiyası və Türkiyənin yaxınlaşmasına təsir edən amillər (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib və beynəlxalq simpoziumun bölmə iclaslarından birinin moderatoru olub. 
Qeyd edək ki, beynəlxalq simpoziumda 10 ölkədən 140 alimin məruzələri dinlənilib.

Bölmələr: Xəbərlər / Foto qalareya
Teqlər:

Rəy bildir