Qafqazşünaslıq İnstitutunun şöbə müdiri beynəlxalq simpoziumda məruzə edib

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə   2019-cu il 29-30 aprel tarixlərində Türk Tarix Qurumu və Bandırma On Yeddi Sentyabr Universitetinin birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türk Dəniz Ticarəti Simpoziumunda iştirak edib. Simpoziumda “İran körfəzində ticarət rəqabəti və Osmanlı dövləti” mövzusunda məruzə edən E.Kəlbizadə körfəz regionunda tarix boyunca müxtəlif dövlətlərin rəqabətinin səbəblərini, məqsədlərinin həyata keçirilmə mexanizmlərini müqayisəli təhlil edib. Böyük dövlətlər üçün regionun əhəmiyyətindən bəhs edən Azərbaycan alimi müasir dövrdə baş verən hadisələrlə paralellər və qarşılıqlı müqayisələr aparıb. 
Qeyd edək ki, beynəlxalq simpoziumda İngiltərə, Əlcəzair, Albaniya, Kipr və Türkiyədən olan nüfuzlu alimlər iştirak ediblər.



Bölmələr: Xəbərlər / Simpoziumlar

Rəy bildir