İnstitutun gənc tədqiqatçıları "İslam sivilizasiyası və elm: tarix və müasirlik" konfransında iştirak ediblər

Aprelin 4-də Azərbaycan İlahiyyat İnstitutu və AMEA GAMŞ-in birgə təşkilatçılığı ilə  "İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda AMEA Qafqazşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva, sədr müavini Turan İsmayılova və digər gənc əməkdaşlar iştirak ediblər. 
Konfransda İslam aləmində elmin inkişafı, İslamın insanları elmə, biliyə yiyələnməyə yönəltməsi, təhsil, savadlılığın səviyyəsinin artırılması və başqa mövzularda məruzələr dinlənilib.
Bölmələr: Xəbərlər / Gənc alim və mütəxəssislər şurası

Rəy bildir