“Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” mövzusunda elmi seminar

Qafqazşünaslıq İnstitutunda “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Gürcüstanşünaslıq şöbə-sinin müdiri, f.ü.f.d., dosent Vahid Ömərov məruzə etmişdir. Seminarda Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universitetinin Qafqazşünaslıq ixtisasında təhsil alan və hazırda Qafqazşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçən IV kurs tələbələri də iştirak etmişlər. Suallar verilmiş və çıxışlar olmuşdur.


 

 
 
Bölmələr: Xəbərlər / Elmi seminarlar

Rəy bildir