Qafqazşünasların II Beynəlxalq Forumu

 


Qafqazşünasların II Beynəlxalq Forumu
23-24 may 2019-cu il


            Forumun bölmələri:
1.Qafqaz regionunda ictimai-siyasi proseslər.
2.Qafqazda münaqişələr və terror.
3.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü.
4.Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti.
5.Qafqazda geosiyasi şərait.
6.Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi.

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

-Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;
-Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
-Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;
-Azərbaycan, ingilis və rus dillərində açar sözlər (6 sözdən az olmamalıdır) verilməlidir;
-Məruzənin sonunda Azərbaycan, ingilis və rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;
-Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır.
-Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.  PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur;
Məruzələrin son təqdimetmə müddəti 10 aprel tarixinə qədərdir.
Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaqdır.
Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.


Təşkilat komitəsi:  AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq
Tel: +994 12 539 89 91. E-mail: csforum2019@gmail.com




_________________________________________________________________________________________________________

Bölmələr: Xəbər arxivi
Teqlər:

Rəy bildir