Vahid Ömərov. Ümumtürk ortaq dəyərləri dünya mədəniyyətinin mənəvi sərvətidir

Vahid Ömərov

AMEA-nın Qafqazşünaslıq İnstitutunun «Gürcüstanşünaslıq» şöbəsinin müdiri, fəlsəfə üzrə  fəsəfə doktoru

ÜMUMTÜRK ORTAQ DƏYƏRLƏRİ DÜNYA MƏDƏNİYYƏTİNİN MƏNƏVİ SƏRVƏTİDİR

Ümumtürk ortaq dəyərləri bəşəriyyətin bütün tarixi inkişafı ərzində türk xalqlarının etnomədəni, mənəvi dəyərlərinin inteqrasiyası nəticəsində yaranmış dəyərlərdir. Bu dəyərlər aşağıdakı mədəni yönümləri əhatə edir:Dil vəhdəti;din vəhdəti;mədəni-mənəvi vəhdət,sosial-iqtisadi vəhdət;milli həmrəylik.

 Ziya Göyalp türk xalqlarını birləşdirən əsas amilin türkçülük olduğunu iddia edir. O, türkçülük proqramının əsas istiqamətlərini belə müəyyənləşdirir: Dildə türkçülük;estetikada türkçülük;əxlaqda türkçülük;hüquqda türkçülük;dində türkçülük;iqtisadiyyatda türkçülük; siya- sətdə türkçülük;fəlsəfədə türkçü lük [4, 175]. Lakin  ümumtürk ortaq dəyərlərini ancaq  türkçülüklə əlaqələndirmək olmaz. Z.Göyalp böyük millətlərin hər birinin mədəniyyətin bir sahəsində üstünlük qazandığını göstərir və yazır: «türklər isə əxlaqda birinciliyi qazanmışlar» [4, 113]. O, türklərin əxlaq ideallarının aşağıdakılardan ibarət olduğunu bildirir: Vətən əxlaqı (türk vətənpərvərliyi, sülh əxlaqı, dövlətçilik əxlaqı, ümmət və millət birliyi), məslək əxlaqı (milli həmrəylik birliyi),ailə əxlaqı (boy, soy, törkün, bark), əcdada hörmət, cinsi əxlaq,mədəni əxlaq və şəxsi əxlaq (türk törəsi), beynəlmiləl (millətlərarası) əxlaq (millətlərin bir-birinə yaxşılıq edər və yaxşılıq edən olmaları) [4, 114-126].

Faylı buradan yükləyə bilərsiniz:

Скачать файл: turkculuk-son.pdf [111.92 Kb] (cкачиваний: 12)
Посмотреть онлайн файл: turkculuk-son.pdf
 

Bölmələr: Elmi məqalələr

Rəy bildir