Vahid Ömərov. Azərbaycan–Gürcüstan münasibətləri

Vahid Ömərov

AMEA-nın Qafqazşünaslıq  İnstitunun Gürcüstanşünaslıq şöbəsinin müdiri,  

fəlsəfə üzrə fəlsəfə doktoru,  vahid–o@mail.ru 0702388002

Azərbaycan –Gürcüstan münasibətləri:    sınaqlardan çıxmış əməkdaşlıq

          Aəzrbaycan Rüspublikasının  Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır.

          Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.Azərbaycan – Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlmişdir.Hər iki ölkə arasında bəzi istisnalar olmaqla ciddi problemlər mövcud deyildir.

         Gürcüstanda çox sayda etnik azərbaycanlılar yaşayır. Onların Gürcüstanda yaşamasına fərqli münasibət vardır. Gürcü tarixçiləri azərbaycanlıların “gəlmə” olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Guya azərbaycanlıları Gürcüstana I Şah Abbas bu ölkəni fəth edərkən özü ilə gətirmişdir. Lakin gürcülərin özlərinin qədim tarixi mənbələri azərbaycanlıların bu bölgədə qədim avtoxton əhali olub,  öz dədə-baba torpaqlarında yaşadıqlarını sübut edir.

Faylı buradan yükləyə bilərsiniz:

Скачать файл: azerbaycan.-gurcuctan.pdf [59.44 Kb] (cкачиваний: 124)
Посмотреть онлайн файл: azerbaycan.-gurcuctan.pdf

Bölmələr: Elmi məqalələr

Rəy bildir