Ramilə Dadaşova. HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN BMT İLƏ ƏMƏKDAŞLIĞI

AMEA Dünya Siyasəti İnstitutu baş elmi işçi, t.ü.f.d.Ramilə Bəhlul qızı Dadaşova 

dadashova.ramila@rambler.ru

Tel:(050)3657319

      HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN BMT İLƏ ƏMƏKDAŞLIĞI

                                                              

Ümummilli Lider H.Ə.Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan və BMT arasında əməkdaşlıq inkişaf etdi. H.Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməməsinə həmişə tənqidi yanaşmışdır. Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə, xüsusən də BMT-nin vasitəçiliyi ilə həll edilməsinə üstünlük verən H.Əliyev regional münaqişələrin qəti nizama salınması üçün BMT-nin fəaliyyət mexanizmində islahatlara ehtiyac olduğunu dəfələrlə bildirmişdi.

Açar sözlər: H.Ə.Əliyevin diplomatik fəaliyyəti, regional münaqişələr, regional və ya subregional beynəlxalq təşkilatlar, BMT-nin qətnamələri, BMT-nin vasitəçilik missiyası, BMT-də islahatlar

Ключевые слова: дипломатическая деятельность Г.А.Алийева, региональные конфликты, региональные и субрегиональные международные организации, резолюции ООН, миссия посредствии ООН, реформы в ООН

Key words: diplomatic activities by H.A.Aliyev, regional conflicts, regional, or subregional international organizations, resolutions of UN, mediation mission of UN, reforms in UN

1992-ci il 14 fevral tarixli 742 saylı qətnamə ilə Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq üçün ona müraciət etdi. Ümummilli Lider H.Ə.Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində BMT ilə əməkdaşlıq inkişaf etdi. 1994-cü il sentyabrın 29-da Baş Məclisin 49-cu sessiyasında Prezident H.Əliyev Dağlıq Qarabağda yaşayan ermənilərin etnik hüququnu müdafiə etmək bəhanəsi ilə Ermənistanın Azərbaycan ərazilərini ilhaq etdiyini bildirdi. H.Əliyev Baş katib B.B.Qalinin “təşəkkül tapmış beynəlxalq sistem çərçivəsində xalqların öz müqəddəratını təyin etməsi və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi kimi eyni dərəcədə qiymətli və mühüm olan məsələlərin bir-birilə ziddiyyət təşkil etməsinə yol vermək olmaz” fikri ilə razı olduğunu vurğuladı.


Məqaləni aşağıdakı linkdən yükləyə və oxuya bilərsiniz:
Скачать файл: tezismeqale.pdf [109.77 Kb] (cкачиваний: 18)
Посмотреть онлайн файл: tezismeqale.pdf
 
Bölmələr: Elmi məqalələr

Rəy bildir