Günay Feyziyeva. Ermənilər Şimali Qafqazda

 Günay Feyziyeva

 Ermənilər Şimali Qafqazda

1700-cü illərdə Rusiya əhalisinin böyük qismi müsəlman türklərdən ibarət olan Kırımı işğal edərək Qafqaza doğru yönəlməyə başladı. Ardınca isə öz müstəmləkə siyasətinə uyğun olaraq bölgənin demoqrafik quruluşunu dəyişdirməyə başladı. Rusiya bu məqsədini gərçəkləşdirə bilməsi üçün əsasən iki istiqamətli siyasət həyata keçirməliydi. Birincisi, Qafqazdan türklərin sürgün edilməsi; bu siyasət nəticəsində XIX əsr boyunca iki milyondan çox müsəlman-türk əhali öz yurdlarından sürgün edilmiş, qalanları isə öldürülmüşdür. İkincisi, Qafqazda xristiyanların yerləşdirilməsi siyasətidir; bu siyasətdən irəli gələrək bir tərəfdən slavyan xristiyanlarını Şimali Qafqazda yerləşdirir, digər tərəfdən də ermənilər Cənubi Qafqaza dəvət edilirdi. Xüsusilə, Osmanlı dövlətinin geriləmə əlamətlərinin ortaya çıxdığı XVIII əsrdə bəzi erməni liderləri də qurtuluş üçün gözlərini Rus çarlığına çevirmişdi. Rus çarı I Pyotr isə həm Osmanlı dövlətinə, həm də İrana qarşı apardığı savaşlarda erməniləri müttəfiq olaraq görürdü. Xüsusilə də Qafqazı işğal etmək və regionun üstünlük təşkil edən müsəlman-türk əhalisinin böyük qismini məhv etmək niyyəti güdən məkrli siyasətində ermənilərdən istifadə etmişdir.

I Yekaterina 1768-ci ildə ordularını türklərə qarşı hərəkətə keçirərkən erməniləri türklər əleyhinə qaldırmağa başladı. Bu illər boyunca ermənilər Rus Çarlığının dəstəyi ilə İran ilə Osmanlı torpaqları arasındakı ərazidə “Erməni Krallığının” qurulacağı ümidiylə yaşamışlar. Sonralar Çar höküməti işğal etdiyi ərazilərdə ruslaşdırma siyasəti yürüdərək ermənilərin “Böyük Ermənistan” xülyasının reallaşmasına mane olmuşdur. Çünki Çar Rusiyasının iqtisadi, siyasi maraqları müstəqil Ermənistan fikriylə toqquşurdu [1].

 1768-1774-cü il Rus-Türk müharibəsindən sonra Rusiya imperiyası, xüsusilə də II Yekaterina və knyaz Q.A.Potyomkin Kırımı Rusiyanın tərkibinə qatmaq qərarına gəlirlər. Ruslar öz mövqelərini gücləndirmək məqsədilə dini və inanc baxımdan İmperiyanın maraqlarına yaxın insanların regionda sayının artırılmasına çalışırdı. Təsadüfi deyil ki, I Pyotr və II Yekaterina ermənilərə sadiq olmuşlar. Əvəzində, ermənilər Rusiyanın genişlənməkdə olan sərhədlərində aktiv şəkildə yayılmağa başlamışlar.

Məqaləni aşağıdakı linkdən yükləyə və oxuya bilərsiniz: 

Скачать файл: 4.-ermeniler-shimali-qafqazda.pdf [44.87 Kb] (cкачиваний: 55)
Посмотреть онлайн файл: 4.-ermeniler-shimali-qafqazda.pdf
 
Bölmələr: Elmi məqalələr

Rəy bildir