Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə 

həsr olunmuş dəyirmi masa


  Dekabrın 10-da Qafqazşünaslıq  İnstitutunda  Ulu  öndər  Heydər  Əliyevin  anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

  Giriş  sözünü  İnstitutun  direktoru,  AMEA-nın  müxbir  üzvü, professor  Musa Qasımlı etmişdir. Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla  yad edilmişdir.

M.Qasımlı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət verib.

  İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması mövzusunda fikir bildirmişdir. Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov öz çıxışında azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində Azərbaycanın yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrildiyini bildirmişdir.  Qafqaz siyasəti şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə məruzəsində  Heydər Əliyevin Azərbaycanı Azərbaycana qaytarmaq missiyası haqqında danışmışdır. İnstitutun elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova  Heydər Əliyevin “Vətəndə sülh, regionda sülh, dünyada sülh” modelinin sosioloji, tarixi, mədəni və iqtisadi aspektləri haqqında məruzə etmişdir.




 
Bölmələr: Dəyirmi masalar
Teqlər:

Rəy bildir